Axtarış...

İnam Kərimov "EMA" MMC-nin qarşısında aciz qalıb... - İTTİHAM

İnam Kərimov "EMA" MMC-nin qarşısında aciz qalıb... - İTTİHAM

Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində olduqca münbit bir şərait yaradılıb. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün hörmətli Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi aqrar siyasət kursunun nəticəsi olaraq bu sahədəki boşluqlar aradan qaldırılıb, kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm sənədlər, o cümlədən, ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafı haqqında dövlət proqramları təsdiq olunub. Bu proqramlar Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılmış mühüm addımlardır. Bu gün ölkəmizdə ərzaq təhlükəsizliyi məsələsi ölkə əhalisini təmin edəcək həcmdə məhsulun istehsalı və emalı potensialının mövcudluğu, ölkə əhalisi tərəfindən istehlak edilən ərzağın keyfiyyəti, dövlət əhəmiyyətli strateji ərzaq məhsullarının ölkədaxili istehsalı kimi komponentləri özündə birləşdirir. Yeni iqtisadi şəraitdə dövlət başçısı tərəfindən bir sıra kənd təsərrüfatı məhsullarının istehsalını əhəmiyyətli dərəcədə artırmaq vəzifəsi qarşıya qoyulub və bu yöndə fermerlərə, iş adamlarına güzəştlər edilir. Xüsusilə, pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq və digər məhsulların istehsalını artırmaq və ixrac etmək yönündə ciddi addımlar atılır. Artıq bu istiqamətdə müsbət nəticələr əldə olunmaqdadır. Belə ki, adıçəkilən sahələrdə istehsalın artırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı məhsullarının xaricə ixracı prosesində də artım müşahidə edilir. Şübhə yoxdur ki, bu yöndə vəziyyət ildən-ilə daha da yaxşılaşacaq.

Məlumdur ki, müasir dövrdə kənd təsərrüfatında istehsalın davamlı və dinamik inkişafı, torpaqların münbitliyinin qorunub saxlanması və yüksəldilməsi, bitkilərin məhsuldarlığının artırılması və keyfiyyətinin yaxşılaşdırılması üzvi və mineral gübrələrdən istifadə etmədən mümkün deyil. Torpaqlarda azot, fosfor və kaliumun çatışmazlığı bütövlükdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında əsas məhdudlaşdırıcı amilə çevrilmişdir. Bitkilərin qida maddələri ilə tam təmin olunmadığı şəraitdə hətta ən yaxşı bitki sortunun toxumundan istifadə olunsa, aqrotexniki tədbirləri optimal müddətlərdə və keyfiyyətlə həyata keçirilsə belə, yenə də gözlənilən səmərəni almaq mümkün deyil.

Belə olan təqdirdə kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar məhsuldarlığı artırmaq məqsədi ilə torpağa müxtəlif kübrələr və kimyəvi maddələr vermək zorunda qaləırlar. Bəs bu gübrələr haradan əldə edirlər? Respublikadfa istehsal olunan çox az sayda gübrələrdən başqa məhsuldarlığı artıran bütün dərman pereparatları ölkəmizə xaricdən gətirilir. Bu işi isə artıq 1996-cı ildən bu sahə üzrə ixtisaslaşdırılmış “EMA” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirir. Bu şirkət yarandığı tarıxdən ölkədə bitkilərin mühafizə olunması, baytarlıq və suvarma sistemləri sahəsinə müxtəlif yeniliklərin gətirililməsi ilə də məşhur olub.

Amma son dövrlər bölgələrdə bu şirkətin gətirdiyi dərmanların effekt vermədiyi barədə narazılıqlar artmaqdadır. Qeyd etdiyimiz kimi Azərbaycana pestisidlər, makro, mikro gübrələr, toxumlar, baytarlıq dərman preparatları, yem və yem qatqılarınin çoxu müxtəlif ölkələrdən gətirilir. Təəssüflər olsun ki, bu dərmanların əksəriyyəti standartlara cavab vermir. Hər dərmanın tərkibində əsas təsiredici komponentlər olur. O komponentlər düzgün makinasiya olunmalıdır. Belə olmayan təqdirdə həmin dərman keyfiyyətsiz olur və məhsuldarlığın artırılmasında heç bir effekt vermir. İdxal olunan mineral gübrələrin xeyli hissəsi mürəkkəb və kompleks gübrələr formasında gətirilir ki, bunların tərkibində olan azot, fosfor və kaliumun nisbəti bitkilərin tələbatına uyğun olmur.

Bəs görəsən bu kimi keyfiyyətsiz gübrələr, pestisidlər və digər dərmanlar respublika bazarlarına necə ayaq açır? Qeyd etdiyimiz kimi “EMA” MMC artıq iyirmi ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərir. Şirkətin sədri Ədülhüseyn Abdullayev bu müddət ərzində çox böyük sərvətə sahib olmaqla yanaşı, həm də geniş əlaqələr yarada bilib. Bu əlaqələr nələrdən ibarətdir. Məsələn verilən məlumatlara görə “EMA” şirkəti Kənd Təsərrüfarı Nazirliyinin gübrələrin və pestisidlərin alınması üçün elan etdiyi tenderlərdə daim qalib olmaqla keyfiyyətsiz məhsulları aşağı qiymətlərə Aqrolizinq” ASC -nin əli ilə kənd təsərrüfatı subyektlərinə paylamaqla xeyli gəlir əldə edir. Artıq bir neçə Kənd Təsərrüfatı Naziri və “Aqrolizinq” rəhbərinin dəyişməsinə rəğmən Əbdülhüseyn Abdullayevin işini uğurla davan etdirməsi zənnimizcə heç də təsadüf deyil. Verilən məlumatlara görə şirkətin bölgələrdə də satış mərkəzləri fəaliyyət göstərir ki, sakinlər daha çox bu satış məntəqələrindən aldıqları dərmanların keyfiyyətinin aşağı olduğundan daim şikayətlənirlər. Şikayətlərinə isə qulaq asan elə bir olmadığından sakinlər naəlaç qalıb susmağa məcbur olurlar. Məlumata görə bu dərmanları dəfələrlə alıb istifadə edənlər,torpaqdan əldə etdiyi məhsulların belə keyfiyyətindən narazılıqlarını gizlətmirlər. Belə çəxır “EMA” şirkəti vətəndaşları bilərəkdən aldadır. Regionlarda keyfiyyətsiz dərmanları sakinlərə “sırımaqla” şirkət öz gəlirlərini artırır.

Bir mətbuat orqanı olaraq hesab edirik ki, aidiyyatı orqanlar,Vergilər Nazirliyi və Hesablama Palatası bu şirkətin fəaliyyətini ciddi şəkildə yoxlamalıdır. Burada külli miqdarda vəsaitlərin vergidən yayındırılması iyi gəlir. Gətirilən dərmanların keyfiyyətini isə aidiyyatı orqanlar araşdırmalıdır. Artıq neçə illərdir min bir əziyyət çəkən kənd təsərrüfatı məhsullar yetişdirən zəhmətkeş insanların aldadılması kifayətdir.
Aktualinfo.org
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz