2019-cu il iyulun 1-dək Azərbaycanda ərzaq məhsullarının istehsalı, tədarükü, satışı sahəsində və ictimai iaşə sistemində çalışan 8 269 obyekt qeydiyyata alınıb.
Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sahibkarlarla görüşü zamanı deyib.
Agentlik sədri qeyd edib ki, müəssisələrin 23 faizi ilkin məhsul istehsalı, 61 faizi satış, 16 faizi istehsalsat obyektləridir. Digər müəssisələr restoran biznesi və başqa ictimai iaşə obyektləri sahəsində daxildir.