Roma papası Fransisk bəzi müsəlman ölkələrinə səfər edəcək.
RİA Novosti” agentliyi xəbər verir ki, bununla bağlı Vatikanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, papa Fransisk fevralın 3-də ilk səfərini Birləşmiş Ərəb Əmirliklərinə edəcək.
Bundan sonra o, Ərəbistan yarımadasına, Türkiyə, Azərbaycan və Misirə də gedəcək.
Səfərin dəqiq tarixi açıqlanmır.