Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovun Türkiyəyə səfərinin tarixi dəyişdirilib.
Open.az "TASS"a istinadən xəbər verir ki, səfərin tarixi martın 12-dən 18-nə keçirilib.
Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər tarixinin dəyişdirilməsinin səbəbi XİN başçısının iş qrafiki ilə əlaqədar olub.