Rusiyalıların öz təyyarələrini itirmələrindən sonra verdikləri reaksiyanı anlamaq olar.
Axar.az xəbər verir ki, bunu “Qaley ÇAXAL” radiosuna müsahibəsində İsrail Müdafiə naziri Aviqdor Liberman deyib. Onun sözlərinə görə, İl-20 təyyarəsi İsrail hərbçilərinin yox, Suriya Hava Hücumundan Müdafiə sistemlərinin məsuliyyətsizliyi nəticəsində vurulub. O, Latakiyanın şərqinə hücumda iştirak edən İsrail təyyarələrinin Suriyanın S-200 sistemlərinin İl-20-ni vurduğu zaman İsrail hava məkanında olduğunu bildirib.