Rusiyanın S-300 zenit-raket komplekslərinin Suriyaya tədarükü F-35 təyyarələrinə malik İsrail Hərbi-Hava qüvvələrinin effektivliyinə təsir etməyəcək
Bunu İsrailin regional əməkdaşlıq naziri Tsahi Haneqbi deyib.
O bildirib ki, S-300 kompleksləri İsrail Hərbi-Hava Qüvvələrinin əməliyyat imkanlarını məhdudlaşdıra bilməz. Nazirin sözlərinə görə, bu komplekslər İsrail ordusunda olan “stels” texnologiyalı F-35 qırıcıları aşkar edə bilmir.
Haneqbi əlavə edib ki, S-300 komplekslərinin tədarükü İsrailin Suriyaya zərbələrinin qarşısını ala bilməyəcək. O qeyd edib ki, bu komplekslər istər havadan, istərsə də yerdən məhv edilə bilər.(Virtualaz.org)