İtaliyanın Milan şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş başlayıb.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, görüş ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində keçirilir.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.