Axtarış...

Dollar gələn ildən ucuzlaşacaq - "Goldman Sachs"

Dollar gələn ildən ucuzlaşacaq - "Goldman Sachs"

Dünyanın və ABŞ-ın aparıcı investisiya bankı - “Goldman Sachs” gələn ildən ABŞ dollarının ucuzlaşacağını proqnozlaşdırır.

“Report”bu barədə xarici mətbuata istinadən xəbər verir.

Bundan başqa, bankın mütəxəssislərinin fikrincə, Latın Amerikası ölkələrinin milli valyutaları 2019-cu ildə inkişaf etməkdə olan digər ölkələrin milli pul vahidlərinə nisbətən daha güclü mövqeyə malik olacaq.

"Kanada, Avstraliya və Yeni Zelandiya dollarının, İsveç kronunun və İsrail şekelinin qısa müdətdə dəyər qazanması da mümkündür", - deyə proqnozda qeyd olunub.
Text-to-Speech

DİNLƏ






Şərh yaz