Axtarış...

ABŞ neftin qiymətinə dair proqnozunu aşağı salıb



ABŞ neftin qiyməti üzrə proqnozunu açıqlayıb.

AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata istinadla xəbər verir ki, EIA gələn il “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 60 dollar olacağını nəzərdə tutur. Daha əvvəlki proqnoz 62 dollar/barrel idi.

Administrasiya qarşıdakı ildə “Light” markalı neftin qiymətinin 54,5 dollar/barrel təşkil edəcəyini proqnozlaşdırır. Ötənaykı proqnoz 56,5 dollar/barrel olaraq açıqlanmışdı.

Beləliklə, ABŞ gələn il üzrə hər iki xam neft növünün qiymətinə dair proqnozunu 2 dollar/barrel endirib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz