ABŞ düşməncə davranışlarına son verməsə, Şimali Koreya yenidən dialoq qurmayacaq.
Redaktor.az “euronews”ə istinadən xəbər verir ki, Şimali Koreyanın Xarici İşlər Nazirliyindən belə açıqlama verilib. Bildirilib ki, Vaşinqton dialoq qurmaq istəyirsə, niyyətini nümayiş etdirəcək addımlar atmalıdır.
Şimali Koreya hökumətində hesab edirlər ki, ABŞ siyasətini dəyişdirməyib və Vaşinqton adminstrasiyası Pxenyanla olan münasibətlərdən daxili siyastədə mövqeyini gücləndirmək üçün istifadə edir.