Axtarış...

"Atlas" MMC vəziyyəti daha da gərginləşdirir... - VİDEO

"Atlas" MMC vəziyyəti daha da gərginləşdirir... - VİDEO

Məlum olduğu kimi, üç gün öncə bir qrup Qarabağ döyüşçüsü və qaziləri etiraz aksiyası keçirmişdir.

Onlar jurnalistləri başına toplayaraq, "Atlas" MMC-nin onlara qarşı etdiyi haqsızlığı ölkə başçısına çatdırmışdılar. Bu hadisədən sonra isə vəziyət daha da gərginləşib. Belə ki, Qarabağ əlillərindən birinin vəziyyəti ağırlaşıb və o hazırda Əlillərin Bərpa Mərkəzində müalicə alır. Heç bu da son hadisə deyil. Belə ki, adıçəkilən aksiyanı işıqlandıran jurnalistlərə də "Atlas" MMC tərəfindən təhdidlər və hədələr davam edir.
Dünən Əlillərin Bərpa Mərkəzində olan jurnalistlər ağır durumda olan Qarabağ əlili ilə görüşüb və digər haqqı taptalalanan keçmiş döyüşçülərlə söhbət edib. Onlar yenidən ölkə başçısı və aidiyyəti orqanlara müracət edib. Həmin video görüntüləri təqdim edirik.
Xatrladaq ki, Sozcu.az saytında "Atlas" MMC haqında dərc edilən yazı ilə bağlı bizimlə əlaqə saxlayan MMC-nin nümayəndəsi onların da mövqeini dərc etməyimizi tələb edrək bildirdi ki, həmin aksiyada iştirak edənlər Qarabağ Əlilləri deyillər. Təbii ki, biz qarşı tərəfin mövqeini dərc etməyin borcumuz olduğunu bildirərək, onların mövqelərini də dərc etdik. Bu gün ki, videomüsahibədə isə məlum oldu ki, "Atlas" MMC -yə qarşı iddia irəli sürən şəxslərin əksəriyyəti həqiqətən də Qarabağ qaziləridir. Biz hesab edirik ki, Şəhid ailələrinə və Qarabağ qazilərinə diqqət və qayğı nəinki dövlət və ya qeri dövlət strukturlarının, həmçinin hər bir vətəndaşın borcu olmalıdır Sozcu.az

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz