Axtarış...

Ərdoğan müharibə elan etdi

Ərdoğan müharibə elan etdi

"Təbiətsevər partiya məlumdur ki, Ədalət və İnkişaf Partiyasıdır. Halbuki əsas müxalifət polietilen torbalarla təkrar küçəyə tökülə bilər. Biz ona müharibə elan etdik".

Millitv.az publika.az-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan genişlədilmiş vilayət başqanları toplantısında deyib.

Prezident milyonlarla parça torbaların hazırlanacağını, onların təbliğat olaraq vətəndaşlara veriləcəyini bildirib.

Qeyd edək ki, 1 yanvar 2019-cu il tarixindən Türkiyədə polietilen torbaların satışı ödənişli olub. Buna səbəb ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. Ötən ilin avqustunda prezident seçilən Rəcəb Tayyib Ərdoğanın 100 günlük planında polietilen torbaların pulla satılması məsələsinin həyata keçirilməsi də yer almışdı. Əslində qardaş ölkədə marketlərdə polietilen torbalar 2018-ci ilin yanvarın 1-dən etibarən pullu olmalı idi. Lakin həmin qərarın icrası 1 il sonraya — 1 yanvar 2019-cu ilə qədər təxirə salınıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz