Axtarış...

İlham Əliyevlə Ərdoğanın "Star"la tanışlığından - Fotolar

İlham Əliyevlə Ərdoğanın "Star"la tanışlığından - Fotolar

Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyə prezidentləri terrasdan zavodun ərazisinə baxıblar.

Dövlət başçıları idarəetmə ofisi ilə tanış olublar.

Prezidentlərə “Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.

“Star” neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Fatih Dönməz, xəzinə və maliyyə naziri Berat Albayrak, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım çıxış ediblər.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.

Daha sonra dövlət başçıları zavodun açılışını ediblər.

Sonda birgə foto çəkdirilib.

İlham Əliyevlə Ərdoğanın "Star"la tanışlığından - Fotolar
İlham Əliyevlə Ərdoğanın "Star"la tanışlığından - Fotolar
İlham Əliyevlə Ərdoğanın "Star"la tanışlığından - Fotolar
İlham Əliyevlə Ərdoğanın "Star"la tanışlığından - Fotolar
İlham Əliyevlə Ərdoğanın "Star"la tanışlığından - Fotolar


Daha çox xəbər

Şərh yaz