Axtarış...

Almaniyadan Kiyevə gələn azərbaycanlı öldürülüb

Almaniyadan Kiyevə gələn azərbaycanlı öldürülüb

Almaniyanın Hannover şəhərində yaşayan azərbaycanlı iş adamı Kiyevdə öldürülüb.

Open.az-ın əldə etdiyi məlumata görə, bu, 1967-ci il təvəllüdlü, əslən Azərbaycanın Naxçıvan şəhərindən olan Qayıbov İsrafil Əli oğludur.

Mərhumun meyiti Kiyevin Dneprovskiy rayonu ərazisində tapılıb.

İ. Qayıbova çox saylı bıçaq zərbələri yetirilib. İş adamının Kiyevə bizneslə əlaqədar gəldiyi bildirilir.

Millitv.az


Daha çox xəbər

Şərh yaz