Abşeron rayonunda qətl hadisəsi törədilib.
Millitv.az-ın məlumatına görə, hadisə rayonun Qobu qəsəbəsindəki evlərdən birində baş verib. Evə keçirilən baxış zamanı 1994-cü il təvəllüdlü Verdiyeva Firuzə Kamandar qızının meyiti aşkarlanıb. Meyitə baxış zamanı onun bıçaqlanaraq öldürüldüyü məlum olub. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, F. Verdiyeva Goranboy rayon sakinidir.
Faktla bağlı araşdırma aparılır. /apa/