Əməkdar jurnalist, 80 yaşlı Luis Peres Qarsiya paytaxt Mexikonun yaxınlığında yerləşən evində qarət zamanı öldürülüb.
Millitv.Az "Report"a istinadən bildirir ki, bu barədə Meksikanın Jurnalistlər Assosiasiyaları Federasiyasından məlumat verilib.
Məlumata əsasən, cinayətkar Peres Qarsiyanın başına vurduğu güclü zərbədən sonra ölüb.
Cinayətkarlar qarətdən sonra evi yandırıblar. Jurnalistin cəsədi isə yanğınsöndürənlər tərəfindən aşkar edilib.