Rusiya hər hansı ölkənin Abxaziya və Cənubi Osetiyaya təcavüzə etməsinə yol verməyəcək.
Millitv.Az TASS-a istinadən xəbər verir ki, bu bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Komsomolskaya Pravda” radiostansiyasının canlı efirində səsləndirib.
Verilişdə rusiyalı ali diplomat Gürcüstanla NATON-nun Qafqaz regionunda hərbi-siyasi əməkdaşlığından danışıb.
“Onların öz batalyonları ilə heç yerə daxil olmayacaqlarına əminəm. Onlar yaxşı bilirlər ki, bizim Abxaziya və Cənubi Osetiya ilə müttəfiqlik münasibətlərimiz var, təcüvüzkarların bizim müttəfiqlərə hücum etməsinə imkan verən deyilik”,- deyə Lavrov vurğulayıb.