Biləsuvar rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Publika.az xəbər verir ki, rayonun Xırmandalı kənd sakini, 2002-ci il təvəllüdlü Hüseynzadə Elxanə Elxan qızı yaşadığı evin hamamında dəm qazından boğulub.
Ailə üzvləri onun hamam otağından çıxmadığını görərək qapını açıblar. 17 yaşlı qızın artıq vəfat etdiyi məlum olub.
Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, vəfat edən E.Hüseynzadə orta məktəbin 11-ci sinfində oxuyurmuş.