Bakıda polis əməkdaşları küçədən təxminən 6 yaşlı qız uşağını tapıblar. Araşdırma zamanı onun naməlum şəxs və ya şəxslər tərəfindən diləndirildiyi məlum olub.
Millitv.az-ın Xəzər Tv-yə istinadən məlumatına görə, hadisə ötən gün axşam saatlarında baş verib.
Nəsimi rayonu 19-cu polis bölməsinin əməkdaşları "3-cü mikrorayon" dairəsi ətrafında təxminən 6 yaşlarında olan qız uşağını kimsəsiz şəkildə aşkar ediblər. Bundan sonra isə polis əməkdaşları həmin uşağı Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə gətiriblər.
Mərkəzin koordinatoru Vasif Akiflinin sözlərinə görə, uşaq mərkəzə gətirilən zaman sağlamlığında problem olmayıb. Amma araşdırma zamanı uşağın dilənməyə məcbur edildiyi məlum olub.
Vasif Akifli bildirdi ki, uşağı diləndirməyə məcbur edən şəxs və ya şəxslərin məsuliyyətə cəlb olunması üçün Daxili İşlər Nazirlyinə müraciət olunacaq.