“Qarabağ” futbol klubu UEFA Çempionlar Liqası çərçivəsində keçiriləcək "Kukesi" komandası ilə oyunun yaymlanması ilə bağlı bəyanat verib.
Trend-in məlumatına görə, bəyanatda deyilir:
"Məlum olduğu kimi, bu gün baş tutacaq “Kukesi” - “Qarabağ” matçının ölkəmizdə yayımlanması üçün heç bir telekanalımız qarşı tərəflə razılaşmayıb.
Azarkeşlərimizin istəyini nəzərə alan klub rəhbərliyimiz və sponsorumuz “Azərçay” yayım məsələsini öz üzərinə götürüb və Albaniya telekanalı ilə danışıqlara başlayıb. Hazırda da danışıqlar davam edir, ilk mərhələdə baş tutan danışıqlar uğurlu alınıb. Saat 21:00-da başlayacaq matçın "Azərçay"ın sponsorluğu ilə ölkəmizdə yayımlanacağı gözlənilir.
Ətraflı məlumatı isə tam razılıq əldə olduqdan sonra sizlərlə paylaşacağıq