Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Goal.az xəbər verir ki, ilk oyun günündə 10 görüş keçirilib.
Cütlərin qalibləri Çempionlar Liqasının, məğlublar isə Avropa Liqasının II təsnifat mərhələsində yollarına davam edəcəklər. Yalnız Polşa "Legiya"sı ilə qarşılaşmalardan məğlub ayrılan İrlandiyanın "Kork Siti" komandası Avroliqada birbaşa III təsnifat mərhələsinə yüksəlib.
Ümumiyyətlə, cavab görüşlərindən sonra Çempionlar Liqasının II təsnifat mərhələsindəki cütlərdən bəzilərinin tərkibi tam, bəzilərinin isə qismən müəyyənləşib:
"Astana" (Qazaxıstan) / "Sutyeska" (Monteneqro) cütünün qalibi - "Mitjyulland" (Danimarka)
"Ludoqorets" (Razqrad, Bolqarıstan) - "Videoton" (Macarıstan)
"Kukesi" (Albaniya) - "Olimpiya" (Lyublyana, Sloveniya) / "Qarabağ" (Azərbaycan)
ÇFR (Kluj, Rumıniya) - "Malmö" (İsveç)
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Hapoel" Beer-Şeva (İsrail)
"Srvena Zvezda" (Serbiya) - "Suduva" (Litva)
BATE (Borisov, Belarus) - HİK (Helsinki, Finlandiya)
"Şkendiya" (Makedoniya) - "Torpedo" (Kutaisi, Gürcüstan) / "Şeriff" (Moldova)
"Legiya" (Varşava, Polşa) - "Spartak" (Trnava, Slovaniya) / "Zrinski" (Bosniya və Herseqovina)
"Alaşkert" (Ermənistan) / "Seltik" (Şotlandiya) - "Valür" (Reykyavik, İslandiya) / "Rusenborq" (Norveç)
Avropa Liqasının II təsnifat mərhələsində isə Çempionlar Yolunda bu cütlər formalaşıb:
TNS (Uels) - "Linkoln" (Cəbəllütariq)
"Torpedo" (Kutaisi, Gürcüstan) / "Şerif" (Moldova) cütünün qalibi - "Vikinqur" (Farer adaları)
"Spartak" (Trnava, Slovakiya) / "Zrinski" (Bosniya və Herseqovina) - Valletta (Malta)
"Santa Koloma" (Andorra) - "Valür" (İslandiya) / "Rusenborq" (Norveç)
"Astana" (Qazaxıstan) / "Sutyeska" (Monteneqro) - "Alaşkert" (Ermənistan) / "Seltik" (Şotlandiya)
"Düdelanj" (Lüksemburq) - "Drita" (Kosovo)
"Spartak" (Yurmala, Latviya) - "La Fiorita" (San-Marino)
APOEL (Kipr) - "Flora" (Tallin, Estoniya)
"Olimpiya" (Lyublyana, Sloveniya) / "Qarabağ" (Azərbaycan) - "Kruzaders" (Şimali İrlandiya)
Oyunların nəticələri:
Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
17 iyul
20:00. "Valletta” (Malta) - "Kukesi” (Albaniya) - 1:1
Qollar: Santiaqo Malano, 67 - İrakli Cariya, 84
İlk oyun - 0:0
20:00. HİK (Helsinki, Finlandiya) - "Vikinqur” (Farer Adaları) - 3:1
Qollar: Joao Klaus, 1. Evens Mensah, 10. Moştaq Yaqubi, 19 - Qunnar Vatnamar, 21
İlk oyun – 2:1
21:00. "Hapoel” (Beer-Şeva, İsrail) - "Flora” (Tallin, Estoniya) - 3:1
Qollar: Hen Ezra, 15. Hanan Maman, 27. Maor Melikson, 48 - Rauno Aliku, 86
İlk oyun – 4:1
21:00. "Malmö” (İsveç) - "Drita” (Kosovo) - 2:0
Qollar: Karlos Strandberq, 55. Erik Larsson, 60
Ilk oyun – 3:0
21:00. APOEL (Kipr) - "Suduva” (Litva) - 1:0
Qol: Mikael Pote, 20
İlk oyun - 1:3
22:00. TNS (Uels) - "Şkendiya” (Makedoniya) - 4:0
Qollar: Dean Ebbe, 15. Daniel Redmond, 30. Benjamin Kabanqo, 35. Kurtis Börne, 90+6
İlk oyun – 0:5
22:15. "Videoton” (Macarıstan) - "Düdelanj” (Lüksemburq) - 2:1
Qollar: Danko Lazoviç, 18. Marko Şçepoviç, 58 - Kuturye Kleman, 54
İlk oyun – 1:1
22:30. "Srvena Zvezda” (Serbiya) - "Spartak” (Latviya) - 2:0
Qollar: El Ferdu ben Nabuhan, 78. Nenad Krtstiçiç, 81
İlk oyun - 0:0
23:00. "Legiya” (Varşava, Polşa) - "Kork Siti” (İrlandiya) - 3:0
Qollar: Xose Kante, 27. Miroslav Radoviç, 73 (penalti ilə). Karlos Daniel Lopes Hueska, 89
İlk oyun – 1:0
23:00. "Kruzaders” (Şimali İrlandiya) - "Ludoqorets” (Bolqarıstan) - 0:2
Qollar: Rodni Braun, 11-öz qapısına. Yakub Şverçok, 65
İlk oyun - 0:7