“Azərışıq” ASC Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyalarında təmir və bərpa işləri aparır.
“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin 22 dekabr 2017-ci il tarixli 3535 saylı sərəncamın icrası ilə əlaqədar “Azərişıq” ASC-nin balansına verilmiş Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyalarında təmir və bərpa işləri aparılır.
Stansiyaların istehsal etdiyi elektrik enerjisini ötürülməsi üçün Yeni Yaşma Külək Elektrik Stansiyasının ərazisində 20/110 kV-luq 2x40 MVA gücündə və 10/35 kV-luq 4 MVA gücündə yarımstansiyalar inşa edilib. 110 kV-luq “4-cü Yaşma” və 35 kV-luq “Yaşma Bağları” hava xətləri ilə əlaqələndirilib.