Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə "Azərişıq" ASC-dən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, Bağlar RETSİ-nin xidməti ərazisinə daxil Məhəmmədi qəsəbəsində yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə(35/10 kV-luq "Məhəmmədi" y/st-ı ilə yeni xətlərin əlaqələndirilməsi) 06-07 dekabr 2018-ci il tarixlərində elektrik enerjisinn verilişində qısa müddətli fasilələr yaranacaq. Yaranmış narahatlığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.