Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq "Azərişıq" ASC əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar. Bunu qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayev deyib ki, təmsil etdiyi qurum artıq qabaqlayıcı tədbirlər görüb:
"İstehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar ASC tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün "Azərişıq" ASC-nin rəhbərliyi tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən məsul şəxslərlərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin ediliblər. Paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib".
"Gücləndirilmiş iş günlərində Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində zəruri olan mal-materialların, ehtiyatı yaradılıb, maşın-mexanizmlər hazırlığı görülüb. 199-Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək".