![Bu ərazilərdə sabah işıq olmayacaq Bu ərazilərdə sabah işıq olmayacaq](/uploads/posts/2019-01/thumbs/1546949911_1546948852_lampa_281216.jpg)
Bağlar ETSİ-nin 35/6 kV-luq 91 saylı yarımstansiyadan çıxan Mehdiabad-1,2 EVX-də və 35/6 kV-luq 143 saylı yarımstansiyada təmir işləri ilə əlaqədar olaraq yanvarın 9-da saat 10:00-dan 14:30-a qədər Mehdiabad və Saray qəsəbələrinin bəzi ərazilərində, Qurd Dərəsi, Corat bağlarında elektrik enerjisinn verilişində qısa müddətli fasilələr yaranacaq.
Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.