İspaniyanın şərqindəki Valensiya əyalətində tüğyan edən meşə yanğınları ilə əlaqədar təxliyə olunan şəxslərin sayı 3 minə çatıb.
Trend-in məlumatına görə, yanğın zonasında min hektardan çox meşə sahəsi yanıb. Meşə zolağına yaxın ərazidə 20 evin külə döndüyü bildirilir.
Yanğının söndürülməsinə 600 yanğınsöndürənin, 25 aviatexnikanın cəlb edildiyi qeyd olunub.Trend