Axtarış...

Bizim gömrükdə gərək şallağı əlindən yerə qoymayasan... - Replika




Maraqlı bir xəbər oxudum. Belə ki, rüşvət almaqda günahlandırılan Şərqi Azərbaycan, Ərdəbil və Gilan əyalətlərinin gömrük işçiləri həbs və şallaq cəzasına məhkum edilib.

Bu barədə Ərdəbil Əyaləti Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbati məlumat verib. Onun sözlərinə görə, Ərdəbil Cəza Məhkəməsinin 2-ci şöbəsi 11 nəfəri, o cümlədən, 6 gömrük əməkdaşını rüşvət və dövlət büdcəsinə zərər vurmaqda günahkar hesab edərək uzunmüddətli həbs, şallaq, cərimə və ictimai hüquqlardan məhrum olunmağa məhkum edib.

Onu da deyim ki, İranda dövlət əmlakını mənimsəmə, rüşvətxorluq və korrupsiya bütün rəsmi orqanları bürüyüb. Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatına görə, İran dünya üzrə ən korrupsiyalaşmış ölkələr sırasındadır. Təşkilatın 2019-cu il üçün hazırladığı reytinq cədvəlində İslam Respublikası 180 ölkə içərisində 146-cı yerdədir.
Bizim gömrükdə gərək şallağı əlindən yerə qoymayasan... - Replika

Amma məni maraqlandıran bu deyil. Mənə maraqlı olanı eyni üsulla Azərbaycan Dövlət Gömrük Komitəsi əməkdaşlarına da cəza tətbiqi barədə ağlıma gələn fikirdir. Yəni düşündüm ki, əgər bizdə də gömrükçülərimizi rüşvətə görə cəzalandırmağa qalxarıqsa və İran deyilən yerdəki qanunlarla cəza vermək fikrinə düşəriksə, o zaman gərək şallağı əlimizdən yerə qoymayaq və DGK-nin binasında qarşımıza keçəni şallalaqlayaq.

Doğrudur, hazırda Gömrük Komitəsinin başında dayanan hprmətli Səfər Mehdiyev cənabları gəldiyi ilk gündən bəyan etmişdi ki, bəs rüşvətə qarşı mübarizə aparacaq. Ardından da daha böyük pafos dolu sözlər... Təbii ki, biz Səfər Mehdiyevin bu açıqlamalarına inanmadıq və gülümsəyərək ötüşrdük.

Çünki Səfər Mehdiyev Marsdan-filandan gəlməmişdi və elə illərdir gömrük sistemində bərqərar olan rüşvət və korrupsiya mexanizminin əsas aparıcı qüvvələrindən biridir. Belə birisinin novator kimi meydana atılıb hansısa xoşməramlı islahatda bulunacağını gözləmirdik və düşündüyümüz kimi də oldu. Doğrdurur, hörmətli Səfər Mehdiyev cənabları dövlət büdcəsinə əlavə 5-10 manat ötürməklə prosesi ötüşdürməyə çalışır və barəsində İŞGÜZAR OĞLAN imici yaratmağı hədəfləyir.

Amma yanılır. Çünki real mənzərə istənilən süni şəkildə yaradılmış virtual təzahürü geci-tezi darmadağın etmək əzmindədir. Mənim məsləhətim isə, nə qədər ki əli şallaqlılar DGK-nin binasında görünməyib, hörmətli Səfər Mehdiyev könüllü şəkildə istefa verməlidir. Özü də bu barədə vəd verib. Elə həm də bu addımı atmaqla sözünü də tutumuş olacaq...

DİA.AZ-dan: Müəllifimizin replikasındakı məqamlara qarşı tərəfin reaksiyası olacaqsa, işıqlandırmağa hazırıq...

Azər- DİA.AZ


Daha çox xəbər

Şərh yaz