Axtarış...

Yasamal rayonunda seçicilərlə möhtəşəm görüş



15 saylı Yasamal birinci seçki dairəsindən Millət vəkilliyinə namizəd olan Yusif Seyfəlov Azərbaycan Texniki Universitetinin idman zalında seçicilərlə möhtəşəm görüş keçirdi.

Görüşdə çıxış edən seçicilər Yusifə bu seçkidə uğur arzuladılar. Çıxış edənlər keçmişdə 15 – ci dairədən millət vəkili olan deputatların seçkidən sonra qəbullarına düşə bilmədiklərini çıxışlarında qeyd etdilər.

Gənc və istedadlı Hüquq şunas olan Yusifə müraciət edən seçicilər gələcəkdə millət vəkili seçiləcəyi təqdirdə insanların problemləri ilə maraqlanmaq üçün mütəmadi görüşlərin keçirilməsini namizədin nəzərinə çatdırdılar. Görüşdə bir çox ziyalılar çıxış edərək Yusifin millət vəkili seçilməsini yüksək səviyyədə təbliğ edərək Yusifə bu işində uğurlu mübarizəli - qalibiyyət arzuladılar.

Yusifdə çıxışında Anadan olduğu Yasamal rayonunun nəinki 15- ci dairəsinin əhalisini o, bütünlüklə millət vəkili seçiləcəyi təqdirdə özünə doğma olan hər bir Yasamal sakininin daima yanında olacağına seçicilərinin qarşısında zöz verdi. Çıxışı zamanı Yusif Yasamal rayonunda bəzi hallarda gənclərin zərərli olan pis vərdişlərdən çəkinmələri üçün, mütəmadi olaraq gənclərlə görüşlər keçirib cəmiyətdə gənclərin daha yaxşı işlərlə məşqul olmaları üçün çalığacağını bildirdi.






Seçicilərlə görüşdən reportaj : Videodan izlə





MİLLİTV.az


Daha çox xəbər

Şərh yaz