Dünyanı cənginə alan koronavirus bir çox ölkələrdə iqtisadiyyata ciddi ziyan vurmaqla yanaşı işsizliyin səviyyəsini də artırdı. Bu hadisə Azərbaycandan da yan keçmədi. Muzdlu işləyən hər kəs bir tikə çörəyə möhtac qaldı. Lakin Bir sıra dövlət qurumları, tanınmışlar və gizli qəhrəmanlar kimsəsiz, əlillərə və işsiz qalan şəxlərə və onların ailələrinə yardımlar etdilər.
Lakin bu yardımlarda Qızıl Aypara Cəmiyyətinin payları gözə dəymirdi (QAC). Maraqlıdır, 4 aya yaxın karantin dövründə adını qeyd etdiyimiz cəmiyyətin “hissləri” oyanmadımı? Nədir bu səssizlik?
Özü bitərəf olsa da, fəaliyyəti rəngarəng Novruzəli Aslanov. Neçə illərdir Qızıl Aypara Cəmiyyətinə rəhbərlik edir. Bu neçə ildə xoş bir hadisə, maraqlı işləri ilə yadda qalmayan və ya qalmağı bacarmayan cəmiyyət yaxud da bacarıqsız rəhbər. Etiraf edək ki, hər adam qoltuğunda 2 qarpız tuta bilmir. “Əgər bir qoltuğun boş deyilsə digərindən sivişən qarpızı tuta bilmərsən”. Lakin millət vəkili deyəsən qoluğunu “qorumaq” üçün əllərini cibindən çıxarmır.
Yeri gəlmişkən, bu sözlər də ona aiddir: “Mən işə maşınla gedib-gəlirəm. Kimsə avtobusla gedib-gəlir. Avtobusla işə gedib-gələn insandan artıq deyiləm. Sadəcə, bu, yaradanın məsləhətidir. Deməli, avtobusdan istifadə edən insandan daha artıq iş görməliyəm”
Yaradana “sadiq” olan deputat əcaba pandemiya dövründə qış yuxusuna getmişdimi? 86 saylı İsmayıllı Seçki Dairəsindən deputatlığa namizəd olan Novruzəli Davud oğlu Aslanovun (Novruz Aslan) 14 ildir ki, millət vəkili olaraq çalışır. 14 il millət vəkili işləyən şəxs xalqın dərdini daha yaxşı bilməlidir və mütamadi olaraq onlarla görüşməli və yardımlar etməlidir. Belə çıxır ki, Qızıl Aypara Cəmiyyəti olaraq pandemiya dövründə bir dənə də olsun aztəminatlı ailəni sevindirməyən şəxs xalq üzü görməyib.
Adı bir neçə qalmaqallarda hallanan 14 illik deputatn fəaliyətsizliyi 95 illik zəngin tarixə malik olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinə kölgə salmaqdadır. İllərin cəmiyyətinə neqativ hallar yaraşmaz.
Hokm.az