Axtarış...

İran Suriyanı ballistik raketlərlə vurdu - VİDEO

İran Suriyanı ballistik raketlərlə vurdu - VİDEO

İran Silahlı Qüvvələri Suriyada terrorçuların olduğu hədəfləri ballistik raketlərlə vurub.

Teleqraf.com xəbər verir ki, raket zərbələri Suriyanın şimalı Fərat çayının sağ sahillərindəki məntəqələrə endirilib.

“Fars” agentliyi xəbər verir ki, İranın bu hücumuna səbəb Əhvazda baş vermiş terror aktının təşkilatçılarının bu bölgədə gizlənməsidir.

Qeyd edək ki, bir həftə öncə İranda Əhvaz əyalətində terror aktında şübhəli bilinən 22 nəfər saxlanılıb. Araşdırmalar hələ də davam edir.




Şərh yaz