Axtarış...

Gediş haqqı 30 qəpik olan metrodan istifadəçilərə ŞAD XƏBƏR

Gediş haqqı 30 qəpik olan metrodan istifadəçilərə ŞAD XƏBƏR

Hazırda Bakı Metropolitenində 58 qatar və ya 290 vaqon var.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

"Qatarlardan yalnız 5-i (25 vaqon) kondisionerlidir. 2015-ci ildən Bakı Metropoliteninə ancaq kondisionerli, yəni 4-cü nəsil təhlükəsizlik sinfinə aid qatarlar alınır".

B.Məmmədovun sözlərinə görə, qiymət artımından sonra yeni qatarların alınması nəzərdə tutulub:

"Hazırda vaqon alınması planda var. Hər vaqon istismar müddətini başa vuranda və yeni stansiyalar açıldıqca tələbata uyğun olaraq vaqonlar yenilənir".

Qeyd edək ki, Bakı Metropoliteni bu il 2 yeni qatar (10 vaqon) alıb.


Daha çox xəbər

Şərh yaz