Azərbaycanlı qadın müğənni axtarışa verildi - İNSAN ALVERİNƏ GÖRƏ

Azərbaycanlı qadın müğənni axtarışa verildi - İNSAN ALVERİNƏ GÖRƏ


Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ölkə vətəndaşı olan qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxslə bağlı məlumat yayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, fevralın 26-da idarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü, Bakı şəhər sakini Muradova Təranə Əli qızının ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib. Hazırda T.Muradovanın tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.
Oxşar xəbərlər
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət