Türkiyə polisi ölkəyə qaçaqmalçılıq yolu ilə tutuquşu gətirənlərə qarşı xüsusi əməliyyat keçirib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İstanbulda keçirilən əməliyyat şərti olaraq “tutuquşu əməliyyatı” adlandırılıb.
Özlərini alıcı kimi təqdim edən polislər Zeytunburnunda bir ünvana gəliblər. Nəticədə Türkiyəyə qaçaq yollarla gətirilən, qiyməti 12 və 15 min lirə (təxminn 3500-4400 manat) olan 3 tutuquşu ələ keçirilib. İki şəxs tutularaq polis şöbəsinə aparılıb. Tutquşular isə Meşəçilik Nazirliyi və Milli Parklar İdarəsinə təhvil verilib.
Qeyd edək ki, İstanbul Polis İdarəsi Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin əməkdaşları 2019-cu ildə qaçaqmalçılıqla ölkəyə gətirilən ən çox tutuquşu, meymun, ilan, timsah, tarantul və.s olmaqla 760 canlı aşkar edərək götürüblər.