Daxili İşlər Naziri (DİN) Ramil Usubov özünə yeni müşavir təyin edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Ramil Usubovun əmri ilə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilən Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, general-mayor Şərif Əsədullayev nazirin müşaviri təyin edilib.
Məsələ ilə bağlı xəbəri Unikal.org-a DİN-dən təsdiqləyiblər.