Axtarış...

İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR


Bu ilin iyul ayında ləğv edilən “Naxçıvanbank” ASC-nin hüquqi varisi olan “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin İdarə heyətinin sədri İsa Bünyad oğlu İsayevin qanuni təmsilçi olduğu daha 2 şirkət dövlət qeydiyyatına alınıb.
Yeniavaz.com xəbər verir ki, “Head Property” MMC (VÖEN - 0201658481 ) və “Region Property” MMC (VÖEN - 0201657841 ) adlı şirkətlər müvafiq olaraq 1 700 000 manat və 600 000 manat nizamnamə kapitalları ilə yaradılıblar.
“Head Property” MMC-nin hüquqi ünvanı Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə ev 27-də, “Region Property” MMC-nin hüquqi ünvanı isə Naxçıvan şəhəri, Nəsirəddin Tusi ev 4 ünvanında yerləşir.
Məlumat üçün qeyd edək ki, 1983-cü il təvəllüdlü İsa Bünyad oğlu İsayev Şərur rayonunun Çərçiboğan kəndində anadan olub. İsa İsayev 25 yaşında “Naxçıvanbank” ASC-nin sədr müavini təyin olunub. 2021-ci ildən isə İdarə heyətinin sədri olub.
İsa İsayev 9 fevral 2020-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərdə 6 saylı Çərçiboğan Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olub. Altıncı çağırış (2020-2024-cü illər) Naxçıvan Muxtar Respublikası Ali Məclisində İqtisadi siyasət komitəsinin sədri olub.

Onu da bildirək ki, daha əvvəl “Naxçıvanbank” səhmlərinin 63,66%-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbova, 20,48%-nin Talıbovun digər oğlu Seymur Talıbova, 9,82%-nin qızı Baharxanım Talıbovaya, 6,04%-i isə həyat yoldaşı Sevil Sultanovaya məxsus oldub. Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən istefa verdikdən sonra “Naxçıvanbank”ın səhmdarları dəyişib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz