Millitv.az Xeberal.az-a istinadən uzun illərdir icra başçısı işləyən, hazırda isə Bərdənin icra başçısı Vidadi İsayevin və onun qohumlarının “topdağıtmaz” mülklərini sizlərə təqdim edir.
▪️Bakı, A. Bakıxanov, ev 39 ünvanında xidməti mənzil
▪️H.Zərdabi 3153-cü məhəllə, ev 7, mən. 200 xidməti mənzil
▪️Şərq küç, ev 11B ünvanında xidməti mənzil
▪️Oğluna 100.000 manatlıq çayxana,
▪️Kürəkəninə Qaçqın Şəhərciyində ümumi sahəsi 100 kv.metr olan dükan
▪️”Ana və Uşaq” kafesi ▪️”Təchizat BCS” MMC şirkəti
▪️Bərdədə ikimərtəbəli mağaza ▪️Mixaylovka kəndində bir imarət
▪️Ağcakənddə ikinci böyük villa
▪️Xətai rayonu, Babək prospektində 4 mərtəbəli 2 ayrı malikanə
▪️90-GP-555 dövlət nişanlı Toyota Prado
▪️Mercedes G63 AMG
▪️Bərdədə Heydər Əliyev parkında kafe
▪️Yevlaxda əzəmətli villa
▪️Yevlax-Bərdə yolunun üstündə balıq vətəgələri
▪️Yevlaxda, Bərdədə, Tərtərdə hektarla torpaq sahələri, iaşə obyektləri, mənzillər
▪️Rusiyada, Türkiyədə biznes və obyektlər...
Bütün bunlar camaatın maaş kartlarından, idarə və müəssisələrdən yığılan “otkat”lardan, xalqdan oğurlanan pullardan alınan varidatın az hissəsidir.
QOHUMLUQLAR
·Yoldaşı Sara Kəmaləddin qızı Bünyatova Yevlaxda Arxiv İdarəsinin müdirəsidir.
·Oğlu Tural İsayev Yasamal rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində Baş məsləhətçi vəzifəsində işləyir.
·Qardaşı Füzuli İsayev Xaçmazın reyestr xidməti rəisidir.
·Qudası Fazil Həsənəliyev Baş Prokurorluğda istintaqa nəzarət idarəsinin rəisidir.
·Bacanağı Bərdə rayon İcra Hakimiyyətinin təmir-tikinti işlərinə rəhbərlik edən Mahmud İsmayılov
Vidadi İsayev Gəncə şəhər icra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin həyat yoldaşının doğma əmisi oğlu, qaynı gömrük polkovniki Nazim İsayevin qaynatasıdır.
***
Qarşı tərəfi də dinləməyə hazırıq...