Axtarış...

Ziyafət Əsgərovun qardaşı qızına İTTİHAM - “Azyaşlı qızım həkim səhlənkarlığı nəticəsində öldü”


Bakı şəhər sakini Xəlilov Elçin Hüseynağa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və digər aidiyyəti qurumların rəhbərlərinə müraciət ünvanlayıb. Onun müraciətini olduğu kimi dərc edirik:

“Yazıb bildirmək istəyirəm ki, iki əkiz qız övladım var. Uşaqları hərarətlə M.Ə adına Uşaq Kliniki Təcili Xəstəxanasına apardıq. Uşaqlar həm də diş çıxarırdı.

Xəstəxanadan bizə bildirdilər ki, uşaqlar xəstəxanada yatmalıdır. 10 gün sonra isə uşağı evə buraxdılar.

Axşam gördüm ki, uşağın vəziyyəti yenə pisdir. Səhəri yenə uşağı həmin xəstəxanaya apardıq. 2023-cü ilin 13 mart tarixində, təxminən saat 14:00 radələrində Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Ziyafət Əsgərovun qardaşı qızı, həkim Əsgərli Pərvanə və Əsgərli Pərvanənin əmisi Hüseyn Əsgərovun həyat yoldaşı, qeyd olunan klinikanın 3-cü korpusunun şöbə müdiri Güllü Əsgərova tərəfindən azyaşlı Məryəm balamıza səhv diaqnoz qoyularaq və yalnış müalicələr aparılması səbəbindən vəfat etmişdir. Daha dəqiq desək, mərhum balamız həkim Pərvanə Əsgərli və onun əmisinin həyat yoldaşı Güllü Əsgərova tərəfindən öldürülmüşdür.

Mən hər gün uşaqlarıma baş çəkmək üçün xəstəxanaya gedirdim. Nə antibiotik vururdularsa, uşağımın halı olmurdu. Müalicəni səhv edirdilər. Həkim səhlənkarlığından uşağım öldü.

O biri uşağımı da ordan götürüb, “Qarayev Xəstəxanası”na apardım. Orada qızımı sağaltdılar.

Qeyd edim ki, bununla bağlı Baş prokuro Kamran Əliyevə, İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyevaya və digər qurumlara şikayətlər etsək və mərhum balamız Məryəmin həkim Pərvanə Əsgərli və onun əmisinin həyat yoldaşı Güllü Əsgərova tərəfindən öldürülməsi haqda hər bir faktları, sübutları təqdim etsək də, bu vaxta kimi mərhum balamız Məryəm Xəlilovanın ölüm işi bağlı qalmışdır”.

Hurriyyet.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz