Axtarış...

“Ölüm ayğında olan həyat yoldaşıma əlillik dərəcəsi verilmir” - AXI NİYƏ?..


Şirvan şəhəri, Füzuli küçəsi, ev-25-də yaşayan Babayeva Elmira Bayım qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxl olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Möhtərəm Prezident!

Hörmətli Mehriban xanim!

Şikayətim Şirvan şəhər Mərkəzi Xəstəxanasındakı özbaşınalıqlardandır.

Bildirirəm ki, həyat yoldaşım, 04.01.1965-ci il doğumlu Xavandi Samit Sədulla oğlu beyin insultu keçirib. Yataq xəstəsidir, danışa bilmir, özü yemək yeyə bilmir və s.

22.09.2024-ci ildən 14.10.2024-cü ilədək Şirvan şəhər Mərkəzi Xəstəxanasında yatıb. Müalicə həkimi Elşən Qafarovdur. O, həm də həkim məsləhət komissiyasının üzvüdür.

Həyat yoldaşıma əlillik təyin olunmalı olduğu halda, Elşən Qafarov xəstəni və bizi süründürməçiliyə salıb. 4 dəfə qəbulunda olmuşuq. Xəstənin də vəziyyəti ilə tanış olmasına baxmayraq, hər dəfə bir bəhanə gətirərək komissiyaya gəlmə tarixinin növbəti cümə axşamı günlərinə təyin edirdi.

14.11.2024-cü ildə Əmək və Əhalinin Müdafiəsi naziri Sahil Babayevə şikayətimdən sonra bizi 22.11.2024-cü ildə qəbul etdi. Elşən Qafarov komissiya üzvü kimi, özünü inkar edib deyir ki, xəstənin vəziyyəti düzgün qiymətləndirilməyib, I qrup əlillik təyin olunmalıdır. Bunun üçün xəstə yenidən 1 həftə xəstəxanada yatmalıdır və yalnız 3 ay sonra onun əlillik məsələsinə baxıla bilər. Gah da deyir ki, xəstənin vəziyyəti Bakıda dəyərləndirilməlidir.

Birincisi, xəstənin müalicə həkimi elə o Elşən Qafarovun özüdür. Həkim kimi özü özünü nə üçün inkar edir?! İkincisi, 22.09.2024-cü ildən 14.10.2024-cü ilədək xəstəxanada müalicə alarkən bu vəziyyətdə olan xəstəni yenidən 1 həftə xəstəxanaya yerləşdirmək hansı məntiqə sığır?!

Ailəmizin maddi durumu çox acınacaqlıdır. 7 nəfərlik ailə (özüm, həyat yoldaşım, oğlum, gəlinim və 3 azyaşlı uşaqla) bir mənzildə yaşayırıq. Ağır vəziyyətdə olan həyat yoldaşıma baxdığım üçün işləyə bilmirəm. Demək olar ki, ölüm ayğında olan həyat yoldaşıma əlillik verilməsi üçün komissiyada qəbul edib ona rəy vermək üçün bizi süründürürlər. Ağır vəziyyətdə olan xəstəni hər dəfə həkimə gətirmək üçün maddi və fiziki imkanım da yoxdur.

Xəstənin müalicə həkimi özü olub, vəziyyəti ilə çox yaxşı tanışdır, həkim məsləhət komissiyasının üzvləri də bunun şahidi oldu. Hətta komissiya üzvlərindən biri həkimə irad da bildirdi ki, ayağa qalxa bilməyən bu xəstə niyə incidilir?

Başa düşə bilmirik, həkim Elşən Qafarovun bizi süründürməçiliyə salmaqda hansı məqsədi nədir?! Belə ağır vəziyyətdə olan xəstəni və bu cür süründürməçiliyə salmaq insanlığa sığarmı?

Bu səbəbdən, xahiş edirəm ki, möhtərəm Prezidentin özbaşına məmurlarlarla bağlı xəbərdarlıqlarından nəticə cixarmaq istəməyən, bizi qəsdən süründürməçiliyə salan həkim Elşən Qafarovun fəaliyyəti araşdırılmaqla, barəsində tədbir görülsün və həyat yoldaşıma əlillik təyin edilməsi üçün bizə yardımçı olasınız.

Öncədən Sizə minnətdaram”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz