İmişli rayon sakini Zeynalov Elçin Mərdan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, həyat yoldaşı Zeynalova Gülarə Xankişi qızı 1-ci qrup əlil olsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanunu pozaraq ona 2-ci qrup əlilik dərəcəsi verir:
“Mən, Zeynalov Elçin Mərdan oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Mart ayının 30-da həyat yoldaşımı əlillik üçün ekspert yoxlanışından keçirdik. 1 aprel tarixində isə yoldaşım komaya düşdü. Republika Xəstəxanasında həkim Aytən Hüseynova bildirdi ki, qadının vəziyyəti çox ağırdır, hazırlıqlı olun.
Qohumlarla məsləhətləşib, xəstəmizi başqa diaqnostik mərkəzə apardıq. Orada da 14 gün qaldı. Ağzında "şlank", oksigen balonu ilə yaşatdılar. "Şlank" artıq 14 gündən artıq qala bilməzdi deyə, boğazını deşib, bu halda həyatda saxlamağa çalışırlar.
Ayın 1-dən bu qadın ağır vəziyyətdədəir, "kislarod"la yaşayır. Belə bir xəstəyə 3-cü qrup əlillik dərəcəsi verirlər.
Həyat yoldaşımın əsas xəstəliyi “Myastenia gravis” adlanır. Bu xəstəlik adətən 1-ci qrupa aid edilir. Amma rəsmilər sanki onun ölümünü gözləyirlər. Haqsızlıq baş alıb gedir”.
Qeyd edək ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat vermişik.