Axtarış...

Dövlət Məşğulluq Agentliyinin MUSTAFASI... - Daha bir ŞİKAYƏT...

Dövlət Məşğulluq Agentliyinin MUSTAFASI... - Daha bir ŞİKAYƏT...

Siyəzən şəhər F.Əlməmmədov küçəsi ev 112 ünvanında yaşayan Məmmədov Mahmud Camaləddin oğlu Azərbaycan Respublikasının I Vitse-Prezidenti xanım Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Bizimxeber.az-a daxil olan məktubda vətəndaş Dövlət Məşğulluq Agentliyi tərəfindən özünə və bacısına qarşı edilən haqsızlıqlar barədə məlumat verməklə yanaşı, Məşğulluq Mərkəzi tərəfindən ona verilən inəklərdən imtina etdiyini bildirib.

Mürciətin mətnini olduğu kimi təqdim edirik:

Hörmətli Mehriban xanım!

Məlumat üçün bildirirəm ki, mən və həyat yoldaşım hal-hazırda heç bir yerdə işləmirik, 2 məktəbli övladım var. 5 ildən çoxdur ki, Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdayam. Həyat yoldaşım ali təhsillidir, 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 8 ildən çoxdu ki Məşğulluq Mərkəzində qeydiyyatdadır. Hər il Məşğulluq Mərkəzinə iş üçün müraciət edirik.

Nəhayət 2018-ci ildə bizə iş təklif etməkdənsə özünüməşğulluq proqramına qoşdular. Mən həyat yoldaşımın ali təhsilli olduğunu dedim. Dedilər onun ixtisasına uyğun vakansiya yoxdur. Nə mənə iş verdilər nə də həyat yoldaşıma. Mən o zaman bildirdim ki, mən özünüməşğulluq yox iş istəyirəm.

2019-cu ildə oktyabr ayında mənə 2 baş inək verdilər. Verdiyi gündən də heyvanlar xəstədir. Bir neçə dəfə baytar həkim gətirdim. Birinin balası öldu, sonradan inək də öldü. İndidə mənim bacım Məmmədova Rüxsarə Camaləddin qızını Dövlət Məşğulluq Agentliyinin 10 saylı Ərazi Məşğulluq filialından işdən çıxardıblar ki, qardaşın özünüməşğulluq alıb. Mənim bacım Məşğulluqda işləyir deyə mən Filiala iş üçün müraciət etməməliyəm, ailəm acından ölməlidi ki, onu işdən çıxarmasınlar. Birdə mən o məmurlara üzümü tutub deyirəm gətirib sizə 2 xəstə inəyi versəm siz 4 nəfərdən ibarət ailə üzvü dolana bilərsiz?

Rayon Məşğulluq Mərkəzinin rəhbəri Ramal müəllim bacıma deyib ki, qardaşın özünüməşğulluğa qoşulub səni ona görə işdən çıxarıblar. Bacımın evi ayrı, mənim evim ayrı. Ramal müəllim öz maaşından bacısına, qardaşına pul verir?

Bəs nə yaxşı bir məmur vəzifəyə keçən kimi öz tanışlarını, qohumlarını işə götürür.

Mənim özünüməşğulluğa qoşulmağımdan bacımın xəbəri olmayıb. Biz Məşğulluğa iş üçün müraciət edəndə bacım onda Siyəzən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində kompüter proqramları üzrə mütəxəssis işləyirdi. Mən verilən aktivlərdən imtina edirəm. Gəlsinlər aktlaşdırıb təhvil alsınlar. Məni və həyat yoldaşımı işlə təmin etsinlər. Bacımı da öz işinə qaytarsınlar.

Hörmətli Mehriban xanım, Sizdən artıq dərəcədə xahiş edirəm bizə kömək edəsiniz, bu məsələyə aydınlıq gətirəsiniz, bu məmur özbaşnalığına son qoyasınız. Qeyd edək ki, Məmmədov Mahmud Camaləddin oğlu qeyd edir ki, bacısı Məmmədova Rüxsarə Camaləddin qızı ona 2 inək verdikləri üçün işdən çıxarılıb. Vətəndaş yazır ki, inəklər xəstədir və onlardan imtina edir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz