Axtarış...

Mebel ustasının zəhmət haqqını kim və niyə vermir? – SEA BREEZE rəhbərliyi, yoxsa… –ŞİKAYƏT


Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, ev, bina 7, mən., 43-də yaşayan, Oğuz rayonun Xaçmaz kəndində qeydiyyatda olan Hacıyev Hacı Xanbala oğlu tərəfindən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Daxili İşlər naziri Vilayət Eyvazova, Baş Prokuror Kamran Əliyevə, ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyinə, Ombudsman Səbinə Əliyevaya, bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə və mətbuat orqanlarına onun “Dünyagöz” klinikasının yanında tikilən restoranda və SİBRİZ-də (SEA BREEZE BAKU – red.) gördüyü eyni işlərə görə cəmi alacağı 44000 manat pulu iş icraçısı kimi özünü təqdim edən Orxan Quliyevin verməməsi, istədikdə isə onu çəkiclə və dəfələrlə döyməsi, kirminal aləmin ünsürləri ilə ölümlə hədə-qorxu gəlməsinin qarşısının alınması və pulumun tam qaytarılması barədə müraciət ünvanlanıb.

Bir nüsxəsi də redaksiyamıza daxil olan müraciətdə deyilir:

Çoxhörmətli Prezident!

Siz həmişə rəsmi çıxışlarınız zamanı vurğulayırsınız ki, mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm. Biz də ailəvi olaraq həmişə seçkilər zamanı böyük ümidlə Sizə səs verərək rahat yaşayır və işləyirik.

Lakin məni narahat edən budur ki, istər SİBRİZ kimi yerdə nəhəng layihədə, istərsə də “Dünyagöz” klinikasının yanındakı restoranda bir sənətkar olaraq gördüyüm mebel işlərinə görə idmançı-iş icraçısı Quliyev Orxan guya işi vaxtında təhvil vermədiyimi bəhanə edərək mənə çatacaq 44000 manat pulumu mənimsəməsidir. Pulumu istədikdə isə məni 3 dəfə döyməsi və ölümlə hədə-qorxu gəlməsidir.

Xatırladım ki, mən, mebel ustasıyam və bu işlə məşğulam. Quliyev Orxan adlı şəxs – Xırdalan qəsəbəsində H.Əliyev parkının yanındakı “Bravo” marketdən sonrakı hündür binanın altında yerləşən “377 PUB” restoranının icarəçisi-sahibidir. Və A.Sultanova tərəfdə yaşayır. Anası hazırda Milli Məclisdə mühasib vəzifəsində işləyir. Orxan özünü iş icraçısı kimi təqdim edərək mənə şifahi razılaşma əsasında 2023-cü ildə “Dünyagöz” ün yanında yeni açılan restoranın mebel-qapı-divan-pəncərə işlərinin görülməsi üçün 77000 manata danışdı. Lakin o sonda gördüyümüz işin 19000 manat pulunu müxtəlif bəhanələrlə ( guya işi geçikdirdiyimə görə) pulu vermir. Halbuki biz bu işi yekunlaşdırdıqdan ay yarım sonra həmin obyektin açılışı olmuşdur. Bu ilin mayın 25 –də biz işi vaxtında tam təhvil vermişik.

Orxanın bizə sifariş verdiyi 2-ci obyekt isə Nardarandakı SİBRİZ də gördürmüşdür. Belə ki, o yenə bizə yaşayış binasında mebel-mətbəx sahəsinə aid işləri cəmi 60000 manat dəyərində gördürmüş, lakin sahibkarla ( E. Ağalarovun adamları ilə) 95000 manata danışıb pulunu da tam almışdır. ( bizdə olan məlumata görə) Lakin Orxan bizə çatacaq 25000 manat pulu yenə də işi geçikdirmə adı ilə verməkdən imtina etmişdir. Halbuki, həmin yerdə biz işi tamamlayıb təhvil versək də digər işlər – ( binanın fasad işləri, səkilər və asfalt işləri qalmışdır) Biz bu ilin iyunun 30-da nəzərdə tutulan işi vaxtında təhvil vermişik. Lakin o tək bu iş üzrə sifarişçidən cəmi 95000 man pul almış, bizə çatası 60000 manatdan isə 25000 manatımızı verməmiş və beləliklə özünə 60000 manat qazanc götürmüşdür.

O təkcə mənə deyil, həmin ərazidə digər işləyən ustalara qarşı da eyni dələduzluğu törətmişdir. Belə ki, yaşayış binasının təmir, parket, elektrik, malyar işlərini gördürmüş və Beyləqandan, Ağdaşdan olan ustaların da 20000 manat pulunu verməmişdir.

Mən işlərin vaxtında çatdırılıması üçün Orxandan material pulu istəmişəm. Lakin o verməyib, əksinə hədə-qorxu gəlib pulu istədiyimə görə. O idmançı olduğundan məni 2024-cü ilin yanvarında çəkiclə döyüb xəsarət yetirmişdir. Mən aldığım xəsarətə görə 1.5 ay məcbur olub evdə müalicə olundum ki, işimi davam etdirə bilim. Yenə pul istədikdə o mənə kriminal aləmin ünsürləri ilə hədə-qorxu gəlirdi ki, səni öldürtdürərəm. Fevral ayında işə davam etdirmək üçün pul istədikdə məni yenə möhkəm döymüşdür. Ona görə də mən işin başa çatması və vaxtında təhvil verilməsi üçün başqa tanışlardan nisyə mal-material götürüb işimi vaxtında tamamlayıb iyunun 30-da təhvil vermişəm.

Məndə olan məlumata görə həm “Dünyagöz”yanındakı restoran işinin, həm də SİBRİZ də yaşayış evinin işlərinin görülməsini Orxanın xalası oğlu olan Samir dostu Əkbər adlı keçmiş general və indiki iş adamından almışdır. ( özü İçərişəhər metrosu ilə üzbə üz küçənin başında soldakı “SPAR market” olan binanın 3-4 martəbəsinin sahibi və ofisi olan şəxsdir. Əkbərin dostu Samir isə bank işçisi olub Orxanın xalası oğludur. Orxan da bizə izah edir ki, guya onun da pulunu kəsiblərmiş. Halbuki, “Dünyagöz” ün yanındakı restoranın sifarişçisi mənə bildirdi ki, biz Orxanın pulunu kəsməmiş, tam vermişik. Nəyə məni haqqım olan pulumu istəməyə görə öldürməklə hədə-qorxu gələn Quliyev Orxana görə ailəm bu gün ac qalmalıdır cənab Prezident?

Cənab Ali Baş Komandan və Prezident, hesab edirəm ki, Milli Məclisdə işləyən anasına, bankir xalası oğlu Samirə və general Əkbərə, həm də kriminal ünsürlərə arxalanaraq məni zəhməthaqqımı istədiyimə görə amansızlıqla çəkiclə döyüb xəsarət yetirən Quliyev Orxanın mənə olan 44000 manat pulumun geri qaytarılmasını və onun törətdiyi qanunsuz hərəkətlərin aidiyyatı üzrə araşdırılaraq tədbirlər görülməsinə göstəriş verəsiniz. Sizlərə əvvəlcədən sağ olun deyirəm.(aktualinfo.org)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz