Bakı şəhəri, Nizami rayonu C.Naxçivanski küçəsi, ev 34, mən., 82-də kirayədə yaşayan, Bakı, Xətai rayonu, Cavanşır küç., ev 275-də passport qeydiyyatında olan tənha ana Məmmədova Mədinə Əli qızı tərəfindən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, Ailə,Uşaq və Qadn problemləri üzrə Dövlət Komitəsnə, SOCAR prezienti Rövşən Nəcəfliyə, Ombudsman Aparatının sədrinə və media orqanlarına başsız qalmış ailədə 2 azyaşlı övladımın sığınacaq üçün müvəqqəti kiçik bir mənzillə təmin olunması barədə müraciət ünvanlanıb.
Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan müraciətdə deyilir:
Mən, Mədinə Əli qızı Məmmədova 3 övlad anası olmuşam. 9 il əvvəl Məmmədov Orxan Sahib oğlu ilə ailə həyatı qurmuşdum.Bakı şəhərində hazırda yaşadığımız kirayə evdə birtəhər kasıbçılıqla dolanırdıq. Pandemiya dövründə ailəmizin iqtisadi vəziyyəti daha da pisləşdi. 4 yaşlı oğlum Əli Neroblastoma xəstəliyi ( aqressiv formal xərçəng) aşkar edildi. Çoxsaylı borca-xərcə düşüb MOM-da müalicələr etdirdik. Xeyri olmadı. Oğlum 28 fevral 2021-ci ildə vəfat etdi. Bundan sonar Həyat yoldaşım depresiyaya düşdü. 2022-ci ilin aprelin 29-da o bizimlə olan nikahı pozaraq qəfil olaraq ölkəni müalicə adı altında tərk etdi. Hazırda ondan bir xəbər yoxdur. İndi 8 və 2 yaşlı övladlarımla onsuz da ağır olan vəziyyətimiz ağırlaşdı. Mən indi yalnız gecə-gündüz işləyib 2 azyaşlı ilə yaşadığımız evin kirayəsini və bir parça quru çörək üçün əlləşirəm. Evlərdə təmizlik işi və şirniyyat bişirib satmaqla məşğulam.
Ailəmiz başsız qalanda mən Sosial Müdafiə Nazirliyinə 2022-ci ildə rəsmən müraciət edərək ailəmizin ünvanlı social müvinəti üçün müraciətlər etdim. İlk imtina cavabında yazdılar ki, bəs sənin Cəlilabad rayonunda 1 pay torpaq sahəsi var. Mən də heç vaxt istifadə etmədiyim bu pay torpağı rəsmi formada atama bağışlayıb rəsmiləşdirdim. Bundan sonar yenə 2 dəfə ƏƏSMN-nə ünvanlı social yardım üçün müraciət etdim. Yenə ağına bozuna baxmadan araşdırmadan əvvəlki imtina cavabı yazdılar ki, bəs sənin üstündə pay torpağı olduğuna görə düşmür. Son ümid yeri olan social yardımdan əlim üzüldü. Hərdən iş olmurdu və mən evdə oturub ac üzümə baxan övladlarıma baxanda özümə nifrət edirdim və istəyirdim ki, uşaqları da götürüm və bu əzab-əziyyətə dözməkdənsə özümüzü dənizə atıb intihar edək. Yaxşı ki, anam məni bu fikirdən daşındırdı. Hazırda uşaqlara lazımi qida verə bilmədiyimə görə onlar da tez tez xəstələnirlər. Böyük qızım Ayla Nizami rayonun 242 saylı orta məktəbində 2-ci sinifdə təhsil alır.
Çoxhörmətli cənab Prezident və Ali Baş Komandan İlham Əliyev. Məni bir ana olaraq hazırda çıxılmaz vəziyyətə düşmüşəm. 2 azyaşlı övladımla kirayədə birtəhər yaşayırıq. Sizdən çox xahiş edirəm mənim də başsız qalmış ailəmin indiki ağır durumunu nıəzərə alaraq uşaqlar 18 yaşına çatanadək müvəqqəti də olsa ƏƏSMN-nin balansında olan sosial evlərdən birinin verilməsi barədə göstəriş verəsiniz. Əvvəlcədən Sizə sağ olun deyirəm. Mənzil şəraitim müvəqqəti həllini tapsaydı heç olmasa 2 və 8 yaşlı uşaqların normal qidalanması uğrunda çalışardım ki, onlar bir vətəndaş kimi yaşaya bilsinlər.
Çoxhörmətli 1-ci vitse-prezident xanım Mehriban Əliyevadan və Heydər Əliyev Fondunun vitse-prezidenti hörmətli Leyla xanımdan da çox xahiş edirəm ki, bizim azyaşlı uşaqlar olan ailəni şəxsi nəzarətlərində saxlayıb lazımi yardımlar olmasına köməklik göstərsinlər.