Axtarış...

Həbs edilmiş “Dubai Cars” avtosalon sahibinin oğlu Prezidentə müraciət etdi – Həbsin təfərrüatı MÜRACƏTDƏ


Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 28, blok 22, mənz., 5-də yaşayan Həşimzadə Rəşad Zaur oğlu tərəfindən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş Prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Ombudsman Səbinə Əliyevaya, bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə və mətbuat orqanlarına DİN-nin Nərimanov rayon Polis İdarəsinin müstəntiqi Əliyev Rahibin sələmçi-milyoner Novruzov Aslan Əlibəy oğlu ilə sövdələşərək atası Zaur Həşimov barəsində sifarişli həbs verdirərək qərəzli istintaq aparması barədə müraciət ünvanlanıb.

Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

Çox hörmətli Prezident!

Siz həmişə rəsmi çıxışlarınız zamanı sahibkarlara qayğı göstərilməsi barədə məmurlara xüsusi tapşırıqlar verir, onlara lazımi şəraitlərin yaradılmasını tapşırırsınız. Həmişə də xüsusi qeyd edirsiniz ki, mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm. Bəli, biz də bir vətəndaş olaraq gördüyümüz işlərlə ölkəmizin büdcəsinə xeyir gətirməyə çalışırıq.

Atam Zaur Həşimov Bakıda bir tanınmış iş adamı kimi “Dubay Cars” MMC-nin direktoru olaraq 18 ildir ki, avtomobillərin alqı-satqısı işilə məşğul olur. Bakıda çoxları sözünə sadiq, vətənpərvər və bir xeyirxah eloğlu kimi tanıyır. İşlədiyi müddətdə kimsənin ondan hər hansı narazılığı və ya şikayəti olmamışdır. 2020-ci il müharibəsi zamanı da cəbhəyə xeyli maddi yardımlar etmişdir. Çox təəssüflər olsun ki, atam tanış olduğu və qısamüddətli biznes şəriki olduğu Bakıda məşhur sələmçi kimi tanınan milyoner Novruzov Aslan Əlibəy oğlu ilə pademiyadan sonra iş birliyinə girməyə məcbur olur və qanunsuz bank fəaliyyətilə məşğul olan bu sələmçidən 2023-cü ilin oktyabrı 2024-cü ilin yanvarınadək şərikli biznes yaratmaq üçün birlikdə Dübaydan 20-25 ədəd Volsvagen markalı avtomobillərin gətirilib satılmasını təşkil etməli idilər. Şərikli pul qoyub “Dubai Cars” salonuna gətirilən avtomobillərin onun payına düşən və satılan avtomobillərin hamısının pullarının bu adama ödənilməsinə baxmayaraq A.Novruzov indiki polisə yazdığı ərizədə yalandan qeyd edib ki, guya ona qoyduğu investisiyadan 1 qəpik də olsun pul çatmayıb, Zaurdan alacağı pulun miqdarı faizlə birlikdə bir milyon, doqquz yüz əlli bir min doqquz yüz yetmiş ( 1951970 AZN) manat olmuşdur. Bu pulun da 951970 manatı faiz olduğunu iddia edir. Halbuki Zaurun qardaşı Azər əmim ona satılan avtomobillərdən 211 000 dollar pulu ofisin qarşısında, digər onun payına düşən satılan avtomobillərdən də satıldıqca salon işçilərinin yanında ödənişlər olmuş, 31 000 dollar pulu isə yeznəmiz Məcnunov Sadiq ona şəxsən vermişdir. Mühasibatlığın apardığı sənədləşmə zamanı isə rəsmi üzləşmə rəqəmlərinə istinad edildikdə ( Aslanın oğlu Əlibəylə mühasibin səs yazısında bu Zaurla Aslan arasında olan pul münasibətləri rəqəmlərlə ifadə olunur və müzkirə olunur) Mühasibatın tərtib etdiyi sənəddən də görünür ki, Aslanın atama verdiyi 371 900 dollardan ona 363 400 dollar qaytarılıb. Yəni, atamın bu saxta şikayətçiyə reallıqda olan qalıq borcu şikayətdə yazdığı kimi 1.95 milyon manat deyil, cəmi 8500 dollar olmuşdur. Və sübut olunur. Lakin şikayətçi uzun müddətdir ki, sələmçiliklə məşğul olduğundan bu adamın əlində atama verdiyi 1.95 milyon manat pul barədə heç bir sənəd yoxdur. Faktiki olaraq atamı şərləmək üçün hazırda da o vaxtdan qalma 3 ədəd vosfagen markalı avtomobili satılması üçün avto salonumuzun qarşısında dayanmışdır. Guya biz bu avtomobilləri də satıb pulunu mənimsəmişik. Gəlsin aparsın. Yəni bu avtomobilləri də satmış kimi qələmə verir bilə bilə.

Şikayətçi Aslan Novruzov ərizəsində yalandan qeyd etmişdir ki, guya atamla 2022-ci ilin yanvarında tanış olub pulları ortaq biznes üçün veribmiş. Halbuki, atam Dübaydan Bakıya 2022-ci ilin oktyabrında gəlmişdir. O vaxta kimi Dübayda işləmişdir. Atam Zaur bu adamla 2023-cü ilin oktyabrından 2024-cü ilin yanvarınadək iş birliyində şərikli bizneslə məşğul olublar. Və satılan hər bir avtomobilin pullarını da etibarlı adam kimi özünə qaytarmışdır. Aslan indi danır ki, guya ona heç bir pul qaytarılmayıb. Və eyni zamanda o polisə şikayət yazanda bir maddi sübut təqdim etməyib ki, o atamla şərikli biznes üçün pul verib. Lakin Dübaydan Bakıya gətirilən hər bir avtomobilin gömrük və vergi rüsumları həmişə sənədlər üzrə ödənilmişdir.

Nərimanov RPİ-nin müstəntiqi Rahib Əliyev Aslan Novruzovla gizli sövdələşərək atamı heç bir sübut olmadan şərləyərək həbs etdirmişdir. Və müstəntiq guya atamın istintaqdan yayınması şousunu da yaradaraq bir neçə dəfə əməliyyatçıları çay içmək üçün atamın Azadlıq prospektindəki ofisinə göndərmişdir. Sonra sənədləşdirmişdir ki, guya atam istintaqdan yayınır, əməliyyatçılar onu yerində tapa bilmir və s. Şou yaradaraq onu sonda izahat yazmaq adı ilə çağırmış və dərhal 30 dəqiqə ərzində həbs etdirib Şüvəlan təcridxanasına göndərtmişdir. İstintaq zamanı heç bir üzləşmə olmayıb, maddi sübutlar təqdim olunmayıb, şərikli biznesə qoyulan pula görə dələduzluq maddəsilə cinayət işi açıb, soruşulmur ki, ərizədə niyə biznes üçün yatırılan pula faiz hesablanıb tələb edilir və s.

Bu işin sifarişli olmasını sübutu kimi onu qeyd edə bilərəm ki, atamın hazırkı vəkilinə ( Şakir Ələsgərova) sələmçi Aslan Novruzova “krışalıq” edən və özünü Daxili İşlər Nazirliyinin polis polkovniki kimi təqdim edən birisi 6 gün əvvəl zəng edərək əvvəlcə ona xəbərdarlıq etmişdir ki, sən niyə Zaurun işinə ( müdafiəsinə) qarşırsan, axırı pis olar. Və sonra onlar üçlü bir restoranda görüşüb pulun qaytarılması məsləsini müzakirə edirlər. Görüş zamanı polkovnik, Aslan və atamın vəkili söhbət zamanı ona bildiriblər ki, Zaurun 1951970 manat borcu var. 951970 manat faiz borcunu çıxmaqla qalan 1 milyon manatı qaytarsın. Vəkilimiz qeyd edib ki, əgər Aslanın Zaura borc verilməsini sübut edən əlinizdə hər hansı bir sübut varsa təqdim edin, mən də müvəkkilimə deyim ki, pul qaytarılmalıdır. Polkovnik və Aslan sübutu təqdim edəcəyini bildirib gediblər. Lakin aradan 6 gün keçməsinə baxmayaraq onlar ortalığa heç bir sübutu vəkilimizə təqdim etməyiblər.

Yəni, bu görüşdən sonra nəticəyə gəlirik ki, Aslan Novruzovun “krışası” olan DİN-nin polkovniki şəxsi maraqlar daxilində atamın əvvəlcə həbsini sifarişi verilmiş, sonra ona müxtəlif həbsdə qalacağı və digər təzyiqlər göstərməklə ondan şərləməklə 1 milyon manat pulu bu yolla almaq olmuşdur. İşin motivi sadəcə bundan ibarətdir.

Hesab edirəm ki, belə iyrənc vicdansız şərləmə üsulu ilə atama qarşı edilən süni təzyiqlərə son qoyulmalıdır. Sələmçi milyoner Aslan Novruzov un yalan və əsassız şikayəti əsasında hazırda aparılan sifarişli istintaq materiallarına ədalətli yanaşılması üçün iş materialları Nərimanov RPİ-dən alınaraq Bakı Baş polis İdarəsinə verilməlidir. Atam Zaurun indi həyati təhlükədə olduğunu – ağır ürək xəstəsi olduğunu( ürəyinə əməliyyatla 7 ədədə stend qoyulmasını, şəkər səviyyəsinin 450 olmasını, və hazırda ürək fəaliyyətinin cəmi 18 % -ə düşməsini nəzərə alaraq onun Şüvələn təcridxanasından ev dustaqlığına buraxılması xahiş edirəm.

Çox hörmətli, cənab Prezident İlham Əliyev və Daxili İşlər naziri cənab Vilayət Eyvazov. Sizlərdən çox xahiş edirəm ki, əmlaklarının ələ keçirilməsi məqsədilə sifarişlə şərlənərək günahsız yerə həbsə atılan tanınmış iş adamı atam Zaur Həşimovun istintaq işinin aparılmasını şəxsi nəzarətinizə götürərək bu işin Bakı Baş Polis İdarəsində peşəkar müstəntiqlər tərəfindən ədalətli araşdırılmasına göstəriş verəsiniz.Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Aktualinfo.org

P.S. Redaksiyamız vətəndaş Həşimzadə Rəşad Zaur oğlu tərəfindən Prezident İlham Əliyevə olunmuş müraciət ətrafında araşdırmalarını davam etdirəcək. Müraciətdə adı çəkilən digər tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz