Axtarış...

Emin Ağalarov Bakıda daha 2 yaşayış binası inşa edir - TƏFƏRRÜAT


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) Bakı şəhəri, Sabunçu rayonu, Mübariz İbrahimov küçəsi, 703 ünvanında 2 ədəd 2 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi sahələri 7 min 54 kv. metr olacaq yaşayış binalarında 36 mənzil yer alacaq. Mənzillər 1, 2 və 3 otaqlı olacaqlar.

Məlumat üçün bildirək ki, bir neçə ay əvvəl də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsi, “Sea Breeze” istirahət zonasının ərazisində ümumi sahəsi 13 min 365,86 kv. metr olacaq 8 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib. “Sea Breeze” istirahət zonasının ərazisində daha əvvəl də bir neçə 8 mərtəbəli yaşayış binası inşa olunub.
Qeyd edək ki, “Sea Breeze” yaşayış və istirahət kompleksi Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsusdur. Bu kompleksə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz