Axtarış...

“Mənim evimi sələmiçi ələ keçirib iki azyaşlı uşaqla zirzəmidə qalmışam” - NARAZILIQ VAR...


“Mənim evimi sələmiçi ələ keçirib iki azyaşlı uşaqla zirzəmidə qalmışam”.

Göyçay rayonu Potu kənd sakini Abdullayev Elşad Arif oğlu tərəfindən Ovqat.com vasitəsilə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanan müraciətdə belə deyilir.

Müraciəti olduğu kimi, dərc edirik:

“MÜRACİƏT

Azərbaycan Respublikaısnın Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm.

Mənim evimi sələmiçi ələ keçirib iki azyaşlı uşaqla zirzəmidə qalmışam.

Belə ki, mənə pul lazım oldu, deyə 2020-ci il tarixdə Göyçay rayon sakini Famil Xurşud oğlu Həmidovdan 10.000 manat sələminə pul götürdüm. Famil mənə bildirdi ki, bir ilə 10 min əvəzinə 20 min manat verəcəksən. Həmidov Famil evimi alqı-satqı yolu ilə həyat yoldaşının adına keçirib 10 min manatı sələmi ilə mənə verdi.

Bir ildən sonra pulu qaytarıb evimin sənədlərini öz adıma keçirmək istədikdə Famil mənə bildirdi ki, 50 min manat verməlisən ki, evini sənin adına sənədləşdirim.

Buna görə Famil Həmidov mənim öz evimdən çıxarılmağım üçün məhkəməyə müraciət edib pul gücünə ailəmlə birlikdə evdən çıxarılmağıma dair qərar çıxartdıra bildi.

Mən məhkəmələrdə tam subut etdim ki, Famil Həmidov 10 min manat pulu mənə sələmə verib deyə evi onun həyat yoldaşının adına keçirmişəm. Çünki hamı bilir ki, Göyçay rayonunun Potu kəndində belə yeni inşa edilmiş 20 sot torpağın içində hər il gəlir gətirən meyvə bağı olan evi 10 min manata qətiyyən almaq olmaz.

Təkcə hər il mövsümdə həyətimdəki bağdakı xurma meyvəsindən 5-6 min manat pul gəlir əldə edilib

Mənə 2020-ci il tarixdə əlimyandı ilə pul lazım olduğu üçün Famil Həmidovdan 10 min manat sələmə pul götürüb evi alqı-satqı yolu ilə onun həyat yoldaşının adına sənədləşdirmişəm. Şərtimiz bir ilə 20 min manat qaytarmaq olub.

Mən əgər həmin evi 2020-ci il tarixdə Famil Həmidova satmışdımsa, nəyə görə 3 il orada ailəmlə birlikdə yaşamışam, 20 gün əvvəl evimdən çıxarılmışam hazırda ailəmlə iki azyaşlı uşağımla birlikdə zirzəmidə yaşayırıq. Bunu subut edən komunal ödəniş qəbzləri, qonşular və digər subutlar var.Həmçinin Famil Həmidovun sələmi pul verməklə məşğul olmasına dairdə konkret subutlar var. Hətta məndən başqa bir nəfərində torpaq sahəsini oxşar qaydada əlindən alaraq özününküləşdirib. Bütün bunlar məhkəməyə təqdim edilsədə pul hesabına onların xeyrinə qərar çıxarıldı.

İndi mənim evimi Həmidov Famil 60 min manata satışa çıxarıb. Hüquq mühafizə orqanları Famil Həmidovun sələmiçiliklə məşğul olmasını çox asan aşkar edə bilərlər. Dövlət qanunlarında da, İslam dinində də sələmçiliklə məşğul olmaq qadağan edilib. Hazırda ailəmiz gözü yaşlı ürəyi dərdli zirzəmidə yaşayır.

Mən mətbuat vasitəsilə Azərbaycan Respublikaısnın Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb çox-çox xahiş edirəm qanunsuz sələmiçiliklə məşğul olub evimizi ələ keçirmiş Həmidov Famil Xurşud oğlunun barəsində tədbir görülməsinə və bizim evimizin geri qaytarılmasına köməklik göstərəsiniz. Xahiş edirəm, imkan verməyin iki azyaşlı uşağım zirzəmidə acınacaqlı vəziyyətdə məhv olsun.

Əlaqə telefonum: 050 797 -83 -23
[media=www.youtube.com/watch?v=tV-b7XmUfNc]
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz