Axtarış...

"Məmurlar biz vətəndaşları SAYA SALMIR..." - GİLEY

"Məmurlar biz vətəndaşları SAYA SALMIR..." - GİLEY


Cəlilabad rayonu Cavadxan küçəsi ev 29 ünvanında yaşayan Nuriyev Faba Ovezoviç oğlu ölkə Prezidentinə müraciət ünvanlayıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir:
"Yazıb sizə bildirirəm ki, mən 3-cü qrup əliləm. Əlilliyə görə aldığımız 150 manat müavinət quru çörək alıb qidalanmağımıza 1 ay olsun belə çatmır. Yaşadığımız ağır, dözülməz durumla bağlı dəfələrlə aidiyyatı qurumlara yazılı müraciətimə baxmayaraq yalnız və yalnız "gözləyin, hər şey yaxşı olacaq" kimi cavablar almışam.

Amma bu günə kimi heç bir şey həll olunmayıb. Dözülməz güzaranımızla bağlı cənab Prezident sizə məktubla müraciət etdim, yenə kömək olunmadı.

Məmurlar bizləri saymır... Ağ yalanla öz ətraflarına qohum-əqrəbalarını toplayıb insanlara zülüm edirlər...

Yoxsa biz də ailəlikcə intihar edək? Acılıqdan, səfalətdən, güzaranmızın dözülməz olduğunan dolayı...

Cənab Prezident, Sizdəın xahiş edirəm... Ağır durumda olan bizim ailəyə kömək edilməsi üçün göstəriş verin..."
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz