Axtarış...

"Yaşadığımız şəraitlə gəlib maraqlanan da olmayıb" - GİLEY




Şuşadan məcburi köçkün olan Əliyev Akşin Səyyar oğlu hazırda 6 nəfər ailə üzvü ilə birlikdə Nərimanov rayonu Nəcəf Nərimanov küçəsi 5, mənzil 9 ünvanında kirayədə yaşayır. O, düşdüyü acınacaqlı vəziyyətlə bağlı dəfələrlə Şuşa rayon İcra Hakimiyyətinə və “Qaçqınkom”a müraciət etsə də, bütün cəhdləri nəticəsiz qalıb.

Millitv.az Azsiyasət.com a istinadən xəbər verir ki, son çarəni problemini mətbuata çıxarmaqda görən Akşin Əliyev Azinforum.az İnformasiya Portalına müraciət edib. Akşin Əliyevin sözlərinə görə, onların bütün ailə parametrləri məcburi köçkünlər üçün paylanan evlərdən bir mənzil əldə etməyə uyğun gəlsə də, “Qaçqınkom” hər vəchlə buna mane olur:

“Yaşlı, alim olan atam dəfələrlə həmin instansiyaların qəbulunda olsa da, hər dəfə ona yalan vəd verərək yola salırlar. Yaşadığımız şəraitlə gəlib maraqlanan da olmayıb.

Hətta sonuncu dəfə atam “Qaçqınqom”a gedərək qaçqınlara qarşı bu laqeydliyi göstərdiklərinə gorə, onlara öz iradını bildirib. Mən başa düşə bilmirəm, onda dövlətin vəsaiti hesabına məcburi köçkünlər üçün tikilən evlər kimə paylanır? 30 illik qaçqınçılıq dövründə, bizə dövlət tərəfindən heç bir mənzil verilməyib. Biz elə bildik ki, “Qaçqınkom”un yeni rəhbərliyi köhnələrdən fərqli olaraq, məsələyə əncam çəkəcək, amma təəssüf ki, onlar da sələflərinin yolunu gedirlər.

Bizimlə hansı səbəbdən prinsip aparır Rövşən Rzayev?! Qaçqın olduğumuz halda niyə haqqımız olanı ala bilmirik?! İllərdir ancaq yalan vədlər verərək bizim gözləməyimizi tələb edən qurumun məqsədi ya onlara verilən vəzifədən sui- istifadə etmək, ya da bizim daha da ağır durumlara düşməyimizi gözləməkdir. Bundan da ağır durum ola bilərmi…”

Qeyd edək ki, Aksin Əliyev hazırda həm də işsizdir. Ali savadı olmasına baxmayaraq, bir müddət fəhləlik edərək ailəsini dolandırmağa çalışsa da, işin agırlıgına saglamlıgı tab getirməyib. İki korpə uşaq və yaşlı valideynləri ilə birlikdə ağır bir şəraitdə yaşayan, hətta artıq kirayə pulunu belə verə bilməyən A.Əliyev bu durumun uşaqlarının saglamlığına və gələcəyinə böyük bir zərbə olacagını və artiq dözülməz bir halda olduqlarını bildirib:

“Mən iki körpə qızımın üzünə baxmağa utanıram. Onları cəmiyyətə yararlı vətəndaş kimi yetişdirmək mənim borcum olsa da, əlimdən heç nə gəlmir. Mənim usaqlarımın hec bir günahı olmadığı halda, bu durumda olmalarını Rövşən Rzayev niyə görmür?

Mən fürsətdən istifadə edib, ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək onlardan ailəmizə haqqımız çatan mənzilin verilməsinə kömək etməyi xahiş edirəm. Bizim göydə Allaha, yerdə cənab Prezidentimizə inamımız sonsuzdur ”

Vətəndaşın şikayəti ilə bağlı adları çəkilən qurumların da mövqeyini dərc etməyə hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz