Vətəndaş Şərafət Məmmədova "Omid" mağazalar şəbəkəsindən şikayətçidir.
Bu barədə "Unikal"a Ş.Məmmədova özü məlumat verib.
O bildirib ki, bir neçə gün əvvəl "Omid" mağazalar şəbəkəsinin Yasamal rayonunda yerləşən filialından 4 rulon divar kağızı alıb.
Mağazanın əməkdaşları vətəndaşa söz veriblər ki, artıq qalan rulonları gətirib geri qaytara bilər. Buna baxmayaraq, Ş.Məmmədova artıq qalan rulonları geri qaytarmaq üçün mağazaya yaxınlaşsa da, onun istəyini reallaşdırmayıblar.
Şərafət Məmmədova saytımız vasitəsilə bu məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib.