Bakı sakini Kamran Saleh "Soliton" mağazalar şəbəkəsindən giley edir. DİA.AZ narazı vətəndaşın sosial şəbəkədə yazdıqlarını təqdim edir:
"Şikayətim "Soliton" mağazalar şəbəkəsindəndir. Belə ki, aylıq kredit ödəməsi həyata keçirirəm şəbəkəyə. Ancaq bu ay mağazalar bağlı olduğundan dolayı ödənişi həyata keçirə bilməmişəm. Soliton isə tez-tez mesaj göndərib ödəməni MilliÖn terminalları vasitəsi ilə edə biləcəyimi bildirir. Ancaq terminallarda Soliton-u seçmək olmur, bu mağazanı seçdikdə isə "услуга временно недоступна" (müvəqqəti olaraq xidmət göstərilmir) yazır.
Bunu özlərinin mənə qeyd etdiyi əlaqə nömrəsinə də 2 dəfə bildirmişəm, amma hələ də hər gün mesaj göndərir mağaza mənə. İndi sual verirəm, kimdir müqəssir? Hörmətli Soliton, buna görə kimə cəza düşür? Müştəri olaraq mən bu bir ayın sizə faizi ödəsəm, gərək sizi məhkəməyə verim".