" "Araz" Supermarketdən anam stolüstü süfrə alıb. Evdə açdıqda, bizə süfrə əvəzinə oboy (divar kağızı) satdıqlarını gördük". Dia-az.info bildirir ki, bunu öz gileyində Əminə Əhmədova ifadə edib.
"Üzərində “vinil süfrə” yazılıb, lakin vinildən əsər-əlamət yoxdur. Bu bildiyimiz divar kağızıdır" deyə etirazını davam etdirən narazı vətəndaş daha sonra yazır:
"Cığaranın üzərində İdxalçı : ARAZ SUPERMARKET MMC qeyd olunub.
Sualım "Araz Supermarket"ədir : müştəriyə “süfrə” adı altında divar kağızı satmaqınızda məqsədiniz nədir? Bunu alan insan evə gəldikdə, bunun süfrə yox divar kağızı olduğunu görməyəcək... anlamayacaq?
Bu məsələyə aydınlıq gətirməyinizi gözləyirik".(Dia-az.info)